Xaçmazda mağaza yandı - Video

Xaçmazda mağaza yandı - Video Hadisə

Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verib.

News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 400kv.m. olan mağazada yerləşən vitrin soyuducularda baş vermiş yanğın genişlənərək mağazaya və binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altı ədəd vitrin soyuducu və mağazanın plastikdən ibarət divarı 6 kv.m sahədə yanıb.

Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub.