Xalq artisti ağır yol qəzası keçirdi - Vəziyyəti ağırdır - Yeniləndi
Hadisə
Ötən gün saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (qadın) KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
“Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən, pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, - deyə o bildirib.
*** 13:49
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.
News24.az xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb.
Qeyd olunub, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.