Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı Hadisə

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.