Xalq şairinin oğlu vəfat etdi - FOTO
Hadisə
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.
O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.
Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.
Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.(teleqraf)
