Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU Hadisə

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub.

News24.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) “Su səsi” restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki “Le Jardin” restoranının qarşısında düşürüb. Qadınlar düşəndən sonra onlardan birinin əl çantası arxa oturacaqda qalıb. Zərərçəkən dəfələrlə Nizamiyə zəng etsə də, sürücü cavab verməyib və qadının əşyasını ələ keçirib.

Faktla bağlı zərərçəkənin şikayəti ilə N. Orucov saxlaxnılıb və barəsində müvafiq protokol tərtib olunub.

Nizaminin sözlərinə görə, qadınları düşürəndən sonra arxa oturacaqda çanta olduğunu görüb. Bundan sonra çantanın sahibi dəfələrlə ona zəng edib. O bildirib ki, səfər zamanı həmin xanımların davranışlarını bəyənmədiyi üçün zəngi açmayıb və çantanı zibilliyə atıb. Nizami çantanın içərisində nə olduğunu bilmədiyini və əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən xanım isə çantasının içərisində 200 manat pul, göz linzası, avtomobilinin açarı, telefon adapteri və kosmetik əşyalar olduğunu deyib.

Məhkəmənin qərarı ilə Nizami Orucov 1 ay müddətinə inzibati qaydada həbs edilib./Lent.az/