Xanımbacı nənənin oğlu dəfn edildi - Foto

Xanımbacı nənənin oğlu dəfn edildi - Foto Hadisə

Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən və dron hücumu nəticəsində ölən 1968-ci il təvəllüdlü Vahab Quliyev dəfn olunub.

News24.az xəbər verir ki, mərhumla vida mərasimi doğulduğu Lənkəranın Separadi kəndində keçirilib.

Vida mərasimində məhumun yaxınları və kənd sakinləri ilə yanaşı, Ukraynanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Taras Novrovski də iştirak edib.

Daha sonra mərhumun cənazəsi kənd qəbiristanlığına gətirilərək anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Vahab Quliyev məşhur “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. (Qafqazinfo)

Xanımbacı nənənin oğlu dəfn edildi - Foto Xanımbacı nənənin oğlu dəfn edildi - Foto