Xankəndi-Şuşa yolunda ağır qəza - 1 ölü, 1 yaralı

Xankəndi-Şuşa yolunda ağır qəza - 1 ölü, 1 yaralı Hadisə

Xankəndi-Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, hadisə ötən gecə baş verib.

Hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Xankəndi-Şuşa yolunda ağır qəza - 1 ölü, 1 yaralı