Xəstəxanaya getmişdi, qəfil dünyasını dəyişdi

Xəstəxanaya getmişdi, qəfil dünyasını dəyişdi Hadisə

Bakıda xəstəxanada qadın qəfil vəfat edib.

News24.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.

Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.