Xətai rayonunda avtomobillər toqquşub

Xətai rayonunda avtomobillər toqquşub Hadisə

Bakının Xətai rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

News24.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ceyhun Əliyev Bayram oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.