Xırdalan-Saray yolunda avtomobil piyadanı vurdu

Xırdalan-Saray yolunda avtomobil piyadanı vurdu Hadisə

Xırdalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xırdalan-Saray yolunda qeydə alınıb.

Belə ki, İlkin Paşayev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə yolu keçən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.//report