Xırdalanda meyiti tapılan şəxs vəzifəli imiş – Foto
Hadisə
Noyabrın 17-də Xırdalan şəhərində evlərin birində meyit aşkar edilib.
News24.az xəbər verir ki, hadisə Quşçuluq massivi, 6-cı küçədə baş verib. 60 yaşlı Hüseynov Hümbət Yəhya oğlu öz yaşadığı evdə oğlu tərəfindən ölü vəziyyətdə tapılıb. Mərhumun ölüm səbəbi hələ məlum deyil.
Bildirilib ki, H. Hüseynov əvvəllər müxtəlif vəzifələrdə çalışıb. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Yaşar Araz