Xırdalanda qətl hadisəsi: 31 yaşlı kişi öldürüldü

Xırdalanda qətl hadisəsi: 31 yaşlı kişi öldürüldü Hadisə

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.

News24.az xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.//report