Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video

Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video Hadisə

Abşeron rayonunun Xırdalan şəhərində sərnişin avtobusu yolda yaranan çuxura düşüb.

News24.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edilib ki, axşamdan yağış nəticəsində yolun kənarı çöküb və nəticədə 135 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu ərazidə yaranan çuxura düşüb.

Görüntülərdən də avtobusun yolun çökmüş hissəsində hərəkətsiz qaldığı görünür.

Sözügedən görüntüləri təqdim edirik: /Oxu.az/