Xırdalanda sürücülər üçün təhlükəli vəziyyət - Video

Xırdalanda sürücülər üçün təhlükəli vəziyyət - Video Hadisə

Xırdalan şəhərində yolun hərəkət hissəsində ağzı açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradır.

News24.az xəbər verir ki, lük uzun müddətdir bu vəziyyətdə qalıb və hərəkət iştirakçıları üçün qəza riski yaradır.

Xüsusilə gecə saatlarında və ya sürətin yüksək olduğu vaxtlarda açıq lük avtomobillərə ziyan vura, həmçinin yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.