Xocalıda mina partladı - Xəsarət alan var
Hadisə
Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
News24.az xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
Qurumun əməkdaşı Anar Həsənov ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.
Hazırda A.Həsənov ilkin tibbi yardım göstərilməsi üçün Xankəndi şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/