Xocavənddə traktor minaya düşdü – YENİLƏNDİ
Hadisə
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 7 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verib.
Məlumata əsasən, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
**10:50
Xocavənd rayonunda traktor minaya düşüb.
News24.az xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb.
Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.
Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb. (Report)