Yadigar Muradovun dəfn yeri bilindi - Yeniləndi
Hadisə
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
News24.az xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Əməkdar artist bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
*****
08:37
Əməkdar artist Yadigar Muradovun dəfn olunacağı yer bilinib.
News24.az xəbər verir ki, bu barədə mərhum sənətçinin oğlu Yaşar Muradov məlumat verib.
Onun sözlərinə görə, vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Mərhum Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.