Yanan ərazilərdə minalar partlayır

Yanan ərazilərdə minalar partlayır Hadisə

Füzuli rayonunda baş verən yanğınların yayıldığı ərazilərdə mina partlayışları müşahidə olunub.

News24.az xəbər verir ki, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əraziyə cəlb olunan qüvvələr tərəfindən alovun genişlənməsinin qarşısının alınması və yanğının tam söndürülməsi üçün əməliyyatlar aparılır.

Mina təhlükəsinin mövcudluğu yanğınsöndürmə işlərini çətinləşdirsə də, aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır. (Qafqazinfo)