Yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti bərpa olundu
Hadisə
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar ötən gün axşam saatlarında Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılmışdı.