Yanğında həlak olan Samir Məhəmmədovun səs yazısı yayıldı - Video

Yanğında həlak olan Samir Məhəmmədovun səs yazısı yayıldı - Video Hadisə

Bir neçə gündür, Yasamalda baş vermiş və 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı mübahisələr davam edir. Sakinlər faciəyə görə binadakı obyektin sahibi və icarədarını - "Loft" restoranının rəhbərliyini günahlandırır. Əlbəttə, kimin həqiqətən günahkar olduğu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq.

Bununla belə, yanğında həlak olan binanın komendatı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edərək, zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirmiş və müxtəlif sənədlər təqdim etmişdi. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdlərimizin baş tutmadığı üçün materialın yayılması yubandı. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeyi mediada işıqlandırılıb.

News24.az xəbər verir ki, sayt ictimaiyyətin məsələyə geniş diqqətini nəzərə alaraq, eləcə də istintaqın obyektiv aparılmasına kömək məqsədilə Samir Məhəmmədovun redaksiya əməkdaşı ilə söhbətinin səs yazısını təqdim edib: