Yanğının baş verdiyi hotel bu sahibkara məxsus imiş – VİDEO

Yanğının baş verdiyi hotel bu sahibkara məxsus imiş – VİDEO Hadisə

Novxanıda “AF Hotel & Aqua Park" kompleksində yerləşən hoteldə yanğın baş verib. 

News24.az xəbər verir ki, hotel "AF Holdinq Şirkətlər Qrupu"nun sahibi, iş adamı Azay Möhnətova məxsusdur.

A.Möhnətov, eyni zamanda "EuroHome" tikinti materialları, "Uğur-97" şirkətlərinin də sahibidir.

Xatırladaq ki, bundan əvvəl “EuroHome” tikinti materialları bazarında da güclü yanğın hadisəsi olmuşdu. (Unikal)

**20:40

Məlumata görə, yanğın söndürülüb.

**19:22

Novxanıda hoteldə güclü yanğın başlayıb.

News24.az xəbər verir ki, yanğın hadisəsi "Af Beach" hoteldə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənllər cəlb olunub. (Unikal)