Yaponiyada güclü zəlzələ oldu
Hadisə
Yaponiyanın şimal-şərqində yerləşən Ofunato şəhəri yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, yeraltı təkanlar şəhərin cənub-şərqində, 62,9 kilometr dərinlikdə qeydə alınıb.
Hadisədən sonra ölən və yaralananların olmadığı bildirilib. Həmçinin sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.