"Yaralı vəziyyətdə sürünürdü" - Bakıda hoteldə qız üstündə dava düşdü - TƏFƏRRÜAT
Hadisə
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.
News24.az xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.