Yasamalda 23 yaşlı qızı avtomobil vurub

Yasamalda 23 yaşlı qızı avtomobil vurub Hadisə


Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "İnşaatçılar" metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report