Yasamalda bir nəfər küçədə bıçaqlandı – FOTO

Yasamalda bir nəfər küçədə bıçaqlandı – FOTO Hadisə

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Yasamal rayonunda, "Nizami" metro stansiyası yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub. (Oxu.az)

Yasamalda bir nəfər küçədə bıçaqlandı – FOTO