"Balamla dünən danışmışdım, dedi ki..." - Yeniləndi
Hadisə
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.
News24.az xəbər verir ki, bu barədə ailəsindən məlumat verilib.
Bildirilib ki, o, gecə saatlarında dünyasını dəyişib. Mərhumun bir övladı var idi.
Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər Yaşarqızı müğənnidir. (Unikal)
*****
13:52
“Ülviyyənin 48 yaşı var idi, vəfatı qəfil oldu”.
Bunu News24.az-a açıqlamasında Ülkər Yaşarqızının köməkçisi bildirib.
“İnsan bilmir, başına nə gələcək. Ülviyyənin vəfatı bizi çox sarsıtdı. Ondan bir övladı yadigar qaldı”, – deyə o qeyd edib.
Köməkçi həmçinin bildirib ki, Ülviyyə Nuriyeva bu gün nənəsinin dəfn edildiyi qəbiristanlıqda torpağa tapşırılıb. Noyabrın 17-də Təzə Pir məscidində saat 14:00-da yas mərasimi keçiriləcək.
****
14:42
"Qızımın heç bir problemi olmayıb, sağlam idi".
Bu sözləri News24.az-a açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyevanın vəfatı ilə bağlı danışarkən mərhumun anası Rəhimə Nuriyeva deyib.
Onun sözlərinə görə, Ülviyyənin səhhətində hər hansı problem olmayıb:
"Dünən gecə zəng elədi ki, özümü yaxşı hiss etmirəm. Mən gedənə qədər xəbər tutdum ki, artıq vəfat edib. Bir qızı var idi, 12 yaşındadır".