33 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı - Yeniləndi
Hadisə
Avqustun 12-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
News24.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
***
Abşeron rayonunda 33 yaşlı kişinin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Yeni Bakı Yaşayış Massivində qeydə alınıb.
İlkin məlumata görə, 33 yaşlı kişi ilə digər şəxs arasında yaranan mübahisə zamanı ona bıçaqla xəsarət yetirilib.
Kürəyindən ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)