Yaşayış binası UÇDU: - ÖLƏN VƏ YARALANANLAR VAR
Hadisə
İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.
News24.az apa-ya istinadla xəbər verir ki, bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.