Yeni Yasamal sakini ölümdən bir anda qurtuldu - VİDEO

Yeni Yasamal sakini ölümdən bir anda qurtuldu - VİDEO Hadisə
Bu gün Yeni Yasamalda güclü külək çoxmərtəbəli binanın pəncərəsini yerindən çıxarıb.

News24.az-ın məlumatına görə, hadisə Əsəd Əhmədov küçəsində baş verib. Şüşə kostruksiyalı pəncərə ərazidəki piyadaların keçməsindən bir neçə saniyə sonra yerə çırpılaraq parça-parça olub.

Xoşbəxtlikdən kimsə xəsarət almayıb. Görüntüdən anlaşılır ki, əgər pəncərə kiminsə başına düşsəydi, onun həyatda qalmaq şansı çox az olardı.