Yevlax sakini su kanalında batdı

Yevlax sakini su kanalında batdı Hadisə

Yevlax rayonunda bir nəfər suda batıb.

News24.az xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. /APA/