Yevlaxda avtobus aşdı: - 10-a yaxın sərnişin...
Hadisə
Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.
Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.