Yevlaxda avtomobil motosikletlə toqquşdu, ölən var
Hadisə
Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb.
News24.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.