Yevlaxda avtomobil qəzası oldu - İki nəfər ölüb

Yevlaxda avtomobil qəzası oldu - İki nəfər ölüb Hadisə

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Naftalan şəhər sakinləri olduqları bildirilən Tural Əliyev və Pəri Məstəliyeva aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır. /Report/