Yevlaxda bədbəxt hadisə: ölən var
Hadisə
Yevlaxda bədbəxt hadisə baş verib, bir nəfər ölüb, bir nəfər yaralanıb.
News24.az Trend-ə istinadən xəbər verir ki, traktor palçıq ərazidə batmış QAZ-24 markalı minik maşının çəkərkən aşıb.
Ölən və xəsarət alanlarla bağlı əlavə məlumat veriləcək.
Faktla bağlı Yevlax Polis Şöbəsində araşdırma aparılır.