Yevlaxda sürücü zəncirvari qəza törətdi, yaralananlar var
Hadisə
Yevlaxda sürücü qəza törədib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Əxşam kəndi yaxınlığından keçən hissəsində baş verib.
Əldə olunan ilkin məlumata görə, "Şevrolet" markalı avtomobil iki maşınla toqquşub.
Hadisə zamanı vurulan "Mersedes" markalı avtomobillərdən birinin sürücüsü və sərnişin (yeniyetmə qız - red) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb. (Teleqraf)