Yevlaxda "VAZ" traktorla toqquşdu - Xəsarət alanlar var - Foto - Yeniləndi
Hadisə
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə Tanrıqulular kəndi ərazisində baş verib. Belə ki, Həsənov Elvin Eldar oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Gülməmmədov Vüsal Camal oğlunun idarə etdiyi qoşqulu mini traktorla toqquşub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralı şəxslər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
09:29
"Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 16-sı saat 21:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Başın, döş qəfəsinin səthi travması, qarın boşluğu orqanlarının travması diaqnozu təyin edilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".