Yevlaxdakı qəzada yaralananlardan 2 nəfəri özəl xəstəxanaya yerləşdirildi
Hadisə
Ötən gün Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 23 nəfərin vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 1 nəfərin (kişi) müalicəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, vəziyyəti ağır qiymətləndirilən 2 nəfər (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Vəziyyətləri stabil qiymətləndirilən 20 nəfər (8 kişi, 12 qadın) artıq ambulator müalicə üçün evə buraxılıb".
Xatırladaq ki, yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə yerləşdiriliblər.