Yeyib-içmək qanlı bitdi

Yeyib-içmək qanlı bitdi Hadisə

Qaxda kafedə bıçaqlanma olub.

News24.az xəbər verir ki, hadisə Qax rayonu ərazisindəki kafelərdən birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə olub. Nəticədə R.İslamovun kəsici alətlə tanışına xəsarət yetirdiyi bildirilir.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/