Yol polisi 9 yaşlı sürücünü - QOVDU
Hadisə
Rusiyanın Krasnodar diyarında polis əməkdaşları onların tələbi ilə dayanmayan “VAZ-2106” markalı avtomobili təqib ediblər.
News24.az Lent.az-a istinadla bildirir ki, “Jiquli”nin sürücüsü polisin siqnallarına məhəl qoymayaraq onlardan uzaqlaşaraq gizlənməyə çalışsa da, sonda saxlanılıb.
Sükan arxasında doqquz yaşlı uşaq olub. Məlum olub ki, o, valideynlərinin avtomobilini icazəsiz götürüb. Azyaşlı və onun qanuni nümayəndələri barəsində tədbir görüləcək. Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi iş materiallarını Yetkinlik yaşına çatmayanların İşləri üzrə Komissiyaya göndərib.