Yük avtomobilinin üzərindəki texnika yola düşdü

Yük avtomobilinin üzərindəki texnika yola düşdü Hadisə

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.


Yük avtomobilinin üzərindəki texnika yola düşdü