Yük maşını avtobusa çırpıldı: - Yaralılar var

Yük maşını avtobusa çırpıldı: - Yaralılar var Hadisə

Samsunda yük maşınının sərnişin mikroavtobusuna çırpılıb.

News24.az xəbər verir ki, yük maşını sərnişin mikroavtobusunu arxadan vurub, daha sonra yol kənarındakı baryerləri aşıraraq bir evin bağçasına aşıb.

Qəza nəticəsində 2-si sürücü olmaqla, ümumilikdə 11 nəfər xəsarət alıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Yük maşını avtobusa çırpıldı: - Yaralılar var