Yük maşını çaya aşdı, bir nəfər boğularaq öldü
Hadisə
Samuxda "MAZ" çaya aşıb.
News24.az xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.
Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.
Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.
Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.
Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)