Yük maşını divara çırpıldı - Sürücü öldü

Yük maşını divara çırpıldı - Sürücü öldü Hadisə

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü, Göyçay rayon sakini 1968-ci il təvəllüdlü Əhliman Qəfərov vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)