Yük və minik avtomobilləri toqquşdu - 5 nəfər xəsarət aldı - YENİLƏNDİ
Hadisə
Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./APA
15:42
Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 14:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.