Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər
Hadisə
Zaqatalada güllələnmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, gecə saat 02:00 radələrində "Tala Pub" restoranının qarşısında qeydə alınıb.
Rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.
İlkin məlumata görə, hadisə yuxarıda adı çəkilən restoranın qarşısında qeydə alınıb. Naməlum şəxs restorandan çıxan İsa Bolayevə atəş açaraq qaçıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.