Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır

Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır Hadisə

Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır.

News24.az xəbər verir ki, Zaqatala şəhər sakini 79 yaşlı Xəlil Mustafayev oktyabrın 13-ü günorta saatlarında yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Ailə üzvüləri bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat veriblər.

Hazırda X. Mustafayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır./APA/