Zaqatalada kütləvi zəhərlənmə oldu - YENİLƏNDİ

Zaqatalada kütləvi zəhərlənmə oldu - YENİLƏNDİ Hadisə

Zaqatalada kütləvi zəhərlənmə olub.

News24.az xəbər verir ki, 10-dan çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

14:33


Dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.