Zaqatalada qəza: Bir ailənin beş üzvü...

Zaqatalada qəza: Bir ailənin beş üzvü... Hadisə


Zaqatalada ağır yol qəzası baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.