Zəka Rəsulov faciəvi şəkildə öldü

Zəka Rəsulov faciəvi şəkildə öldü Hadisə


Laçında bədbəxt hadisə baş verib.

News24.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.