Zəncəfillə qatıq ölümə səbəb oldu

Zəncəfillə qatıq ölümə səbəb oldu Hadisə

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

News24.az Qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir. 

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Zəncəfillə qatıq ölümə səbəb oldu